184
Dünya 14 avqust — 13:43

Türkiyədə axtarışda olan daha bir təhlükəli terrorçu məhv edildi

Türkiyədə axtarışda olan daha bir təhlükəli terrorçu zərərsizləşdirilib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Van vilayətinin Çatak bölgəsində keçirilən antiterror əməliyyatı çərçivəsində məhv edilən iki terrorçudan birinin axtarışda olan “Dastan” ləqəbli Beylan Bozyığit olduğu müəyyənləşdirilib. Onun ələ keçirilməsi üçün 500 min türk lirəsi (təxminən 70 min ABŞ dolları) məbləğində mükafat vəd edilmişdi.

PKK/KCK terror təşkilatlarının aparıcı şəxslərindən olan B.Bozyığit bir sıra ağır cinayətlərin təşkilində ittiham edilirdi.

Xəbərlər