213
Dünya 14 avqust — 13:12

Qırğızıstanın sabiq prezidenti həbsxanada qaldı

Bişkek Şəhər Məhkəməsinin avqustun 14-də keçirilən iclasında Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin apelyasiya şikayəti təmin edilməyib, ona verilən cəza qüvvədə qalıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Bişkekin Pervomaysk Rayon Məhkəməsi iyunun 23-də dövlət mükafatları və əmlakı müsadirə olunmaqla Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevi 11 il 2 ay müddətinə həbs cəzasına məhkum edib.

Almazbek Atambayev “qanuni oğru” Əziz Batukayevin qanunsuz azadlığa buraxılması, həmçinin kütləvi iğtişaşlar törətmə, hökumət qüvvələrinə qarşı güc tətbiqi, dövlət çevrilişi, korrupsiya, vəzifədən sui-istifadə, torpaq sahəsini qanunsuz əldəetmə və digər maddələrlə ittiham olunub.

Xatırladaq ki, ötən il avqustun 7-8-də sabiq prezidentin tutulması ilə bağlı keçirilən əməliyyatda hər iki tərəfdən 136 nəfər yaralanıb, bir xüsusi təyinatlı həlak olub.

Sabiq prezident 2019-cu il avqustun 8-də hökumət qüvvələrinə təslim olub.

Almazbek Atambayev 2011-2017-ci illərdə Qırğızıstana rəhbərlik edib.

Xəbərlər