128
Dünya 14 avqust — 12:41

Rusiyada koronavirus daha 114 nəfərin həyatına son qoydu

Rusiyada son sutka ərzində daha 5 065 nəfərdə koronavirus aşkarlanıb, bununla da ölkə üzrə yoluxanların ümumi sayı 912 min 823-ə çatıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 688 nəfər.

Son bir gündə virusdan həm də 114 nəfər ölüb və Rusiyada pandemiya qurbanlarının sayı 15 min 498 nəfər olub.

İndiyədək 722 min 964 pasiyent sağalıb.

Xatırladaq ki, Rusiya COVID-19 xəstələrinin sayına görə ABŞ, Braziliya və Hindistandan sonra dünyada dördüncü yerdədir.

Xəbərlər