143
Dünya 14 avqust — 11:40

Ermənistanda 276 yeni yoluxma

Ermənistanda son sutka ərzində daha 276 nəfərdə koronavirus aşkarlanıb və yoluxanların ümumi sayı 41 min 299-a çatıb.

Virtualaz.org bildirir ki, məlumatı Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası Milli Mərkəzi yayıb.

Qeyd olunub ki, göstərilən müddətdə həm də 5 xəstə ölüb və infeksiyadan həyatını itirənlərin sayı 814 nəfər olub.

İndiyədək 34 min 164 xəstə sağalıb. Hazırda Ermənistanda 6 mindən çox aktiv koronavirus xəstəsi var.

Xəbərlər