111
Dünya 14 avqust — 10:40

Koronavirusa yoluxanların sayı 21 milyonu keçdi

Dünyada koronavirus infeksiyasına yoluxanların sayı 21 milyon nəfəri ötüb.

Virtualaz.org bildirir ki, məlumatı "Worldometers" portalı yayıb.

Qeyd olunur ki, dünya ölkələri üzrə virusa yoluxma sayı 21 milyon 71 min 499, pandemiya qurbanlarının sayı isə 757 min 457 nəfərə çatıb.

İndiyədək 13 milyon 923 min 173 nəfər xəstəlikdən sağalıb.

Qeyd edək ki, ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb. İkinci yerdə Avropa regionu qərarlaşıb. Üçüncü yeri isə Cənub-Qərbi Asiya regionu tutur.

Xəbərlər