211
Dünya 14 avqust — 02:00

Meksikada daha bir nazir koronavirusa yoluxub

Meksikanın Energetika naziri Rosio Nale koronavirusa yoluxub.

Bu barədə o, tvitterdə yazıb.

“Mən COVID-19-a yoluxduğum üçün özünütəcrid rejimindəyəm. Evdən işləyirəm. Xoşbəxtlikdən, özümü yaxşı hiss edirəm, məndə simptomlar yoxdur, tövsiyə olunmuş müalicə alıram”, - nazir yazıb.

Qeyd edək ki, daha əvvəl Meksika hökumətinin bir sıra üzvü, o cümlədən Maliyyə və Dövlət Krediti naziri Arturo Errera da koronavirusa yoluxmuşdu. Onlar hamısı sağalıb və xidməti vəzifələrinin icrasına dönüb. İndiyədək, rəsmi məlumatlara əsasən, Meksikada 498 380 nəfər koronavirusa yoluxub, 54 666 xəstə vəfat edib.

Virtualaz.org

Xəbərlər