184
Dünya 14 avqust — 01:42

Braziliyada COVID-19-dan daha 265 nəfər öldü

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa daha 10 284 nəfər yoluxub.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 3 180 758 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka koronavirusdan 265 nəfər vəfat edib, ölənlərin ümumi sayı 104 528 nəfər təşkil edir. Ölkədə koronavirusa yoluxanlardan 2 309 477 nəfər sağalıb.

Braziliya dünyada koronavirusa yoluxma hallarının sayına görə yalnız ABŞ-dan geri qalır.

Xəbərlər