230
Dünya 14 avqust — 00:38

Türkiyədə koronavirusla bağlı son vəziyyət

Son gün ərzində Türkiyədə koronavirusdan daha 21 nəfər ölüb.

Bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazirin məlumatına görə, bununla da ölkədə pandemiya qurbanlarının ümumi sayı 5 912 nəfərə çatıb.

O qeyd edib ki, son sutkada COVID-19-a 1 243 yoluxma aşkarlanıb. Beləliklə, Türkiyədə koronavirusa yoluxma hallarının sayı 245 635-ə yüksəlib.

Eyni zamanda son sutkada virusa yoluxmuş 1 243 pasiyent sağalıb. Hazırda Türkiyədə koronavirusdan sağalanların sayı 228 057 nəfər təşkil edir.

Xəbərlər