209
Dünya 13 avqust — 20:32

İndoneziya sərhədləri açmayacaq

İndoneziya hökuməti xarici turistlər üçün sərhədləri bu ilin sonunadək açmayacaq.

Bunu ölkənin Dəniz məsələləri və investisiyalar üzrə naziri Luhut Binsar Pancaitan deyib.

O bildirib ki, hökumət əsas diqqətin daxili turizmə yönəldilməsi barədə qərar verib: "İndoneziya hökuməti daxili turizmin payını ümumi turizmin 70 faizinə çatdırmaq niyyətindədir. Bu səbəbdən digər ölkələrin turistləri üçün sərhədlərin açılışı bu ilin sonunadək gözlənilmir".

Xəbərlər