366
Dünya 13 avqust — 19:00

Belarusda istefa verən tanınmış jurnalistlərin sayı artır

Jurnalist Maksim Ostrovski aparıcısı olduğu “NTV-Belarus” telekanalından ayrıldığını elan edib.

O, bu qərarını vicdan əzabı çəkməsi ilə əlaqələndirib.

İşindən ayrılan digər jurnalist isə “Belta” dövlət agentliyinin müxbiri Pavel Qorbaç olub.

“Bu qərarı dünən verdim. Təəssüf ki, dünən tətil günüm idi və Perlin kimi yoldaşlar məni qabaqlayıblar. Hesab edin ki, istefalar dalğasına qoşulmuşam”, - P.Qorbaç vurğulayıb.

Virtualaz.org

Xəbərlər