187
Dünya 13 avqust — 01:42

İraqın şimalında 3 PKK terrorçusu zərərsizləşdirildi

Türkiyə Hərbi Hava Qüvvələri "Pəncə-Pələng" əməliyyatı çərçivəsində İraqın şimalında 3 PKK terrorçusunu zərərsizləşdirib.

Bu barədə Türkiyə Müdafiə Nazirliyi "Twitter" səhifəsində paylaşıb.

Məlumata əsasən, əməliyyat Haftanin rayonunda aviasiyanın dəstəyi ilə həyata keçirilib. Əməliyyatlar zamanı mülki şəxslərə və yaşayış məntəqələrinə hücum edilmədiyi qeyd olunur.

Qeyd edək ki, "Pəncə-Pələng" əməliyyatı Türkiyənin təhlükəsizliyini təhdid edən PKK və digər terror qruplaşmalarının üzvlərinin neytrallaşdırılması məqsədi ilə keçirilir.

Xəbərlər