266
Dünya 13 avqust — 01:24

Abşeronda ana və qızını avtomobil vurdu

Abşeronda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Rayon ərazisində yolu keçən 1964-cü il təvəllüdlü Mustafayeva Yeganə Nizam qızı və onun övladı 33 yaşlı Mustafayeva Aygün Arif qızını avtomobil vurub. Hər iki yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Müayinə zamanı Y. Mustafayevaya qapalı kəllə-beyin travması, A. Mustafayevaya isə müxtəlif dərəcəli bədən xəsarətləri diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır. (report)

Xəbərlər