197
Dünya 12 avqust — 18:51

İranda koronavirus daha 188 nəfərin həyatına son qoydu

Son 24 saat ərzində İranda daha  2 510 nəfərin virusa yoluxduğu aşkar edilib, 188 nəfər həyatını itirib.

Virtualaz.org bildirir ki, məlumatı İranın Səhiyyə Nazirliyi yayıb.

Qeyd olunur ki, bununla da ümumilikdə yoluxanların sayı 333 min 699 nəfərə, ölənlərin sayı isə 18 min 988-ə çatıb.

İndiyədək müalicə alan 290 min 244 nəfər sağalıb.

Hazırda 3 940 pasiyentin vəziyyətinin ağır olduğu bildirilir.

Xəbərlər