242
Dünya 12 avqust — 01:38

Fransada Covid-19-dan ölənlərin sayı 30 min 354-ə çatdı

Fransada yeni növ koronavirus (Covid-19) epidemiyasından ölənlərin sayı 30 354-ə yüksəlib.

Ölkənin Səhiyyə Nazirliyinin verdiyi açıqlamaya görə, son sutkada ölkədə yoluxmuş insanların sayı 1397 nəfər artaraq 226 820-ə çatıb.

Son 24 saatda xəstəxanalarda 14 nəfərin ölümü qeydə alınıb. Pandemiya ölkədə sürətlə yayılmaqda davam edir.

Virtualaz.org

Xəbərlər