310
Dünya 11 avqust — 22:48

Minskdə bir neçə metro stansiyası bağlandı

Belarusun paytaxtı Minskdə bir neçə metro stansiyası bağlanıb, qatarlar stansiyalardan dayanmadan keçir.

Bu barədə “Sputnik Belarus” xəbər verib.

Xüsusilə, qırmızı xəttin “Nemiqa”, “Kupalovskaya”, “Fruzenskaya”, “Molodyojnaya”, “Puşkinskaya” və göy xəttin “Oktyabrskaya”, “Ploşad Lenina” stansiyaları bağlanıb.

Bazar ertəsi axşam da Minsk metropoliteninin stansiyalarının bir hissəsi bağlanmışdı.

Xatırladaq ki, avqustun 9-da Belarusun bir sıra şəhərlərində icazəsiz etiraz aksiyaları başlayıb. Minskin mərkəzində mitinqçilər zibil qutularından barrikadalar quraşdırıblar. Milis onlara qarşı gözyaşardıcı qaz, su şırnağı və işıqsaçan qumbara tətbiq edib, həmçinin etirazçıları şəhər mərkəzindən sıxışdırıb çıxarıb. Müxalifətin aksiyaları nəticəsində 3 min nəfər saxlanılıb, 100-ə yaxın insan xəsarət alıb, həlak olan olmayıb.

Xəbərlər