196
Dünya 11 avqust — 21:30

Malayziya turistlər üçün sərhədi açır

Malayziya hökuməti müəyyən istiqamətlər üzrə “yaşıl dəhliz” prinsippi ilə turistlər üçün sərhədləri açmaq niyyətindədir.

Bunu ölkənin Turizm, incəsənət və mədəniyyət naziri Nenesi Şukri deyib.

O bildirib ki, bununla belə, Malayziya əcnəbi turistləri kütləvi şəkildə qəbul etməyə hələlik hazır deyil.

Nazirin sözlərinə görə, epidemiloji vəziyyətdən asılı olaraq bir ölkə ilə sərhədin tam açılması baş verməyə bilər: “Məsələn, Melburn şəhərində ikinci dalğa yaşandığı üçün Avstraliya koronavirusdan tam azad olmuş ölkə hesab edilə bilməz. Amma digər tərəfdən, Pert şəhərindən turistlərin qəbulu məsələsini müzakirə etməyə hazırıq”.

Virtualaz.org

Xəbərlər