242
Dünya 11 avqust — 18:27

Belarusda son bir gündə 2 mindən çox insan saxlanıldı

Belarusda keçirilən prezident seçkilərinin nəticələrinə etiraz edən 2 mindən çox insan saxlanılıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, məlumatı ölkənin Daxili İşlər Nazirliyi yayıb.

Xatırladaq ki, Belarusda avqustun 9-da prezident seçkisi keçirilib. Mərkəzi Seçki Komissiyası hazırkı dövlət başçısı Aleksandr Lukaşenkonun 80% səslə qalib gəldiyini elan edib. S. Tixanovskayanın 10% səs topladığı açıqlanıb.

Seçkilərdən sonra paytaxt Minsk də daxil olmaqla, ölkənin müxtəlif şəhərlərində nəticələrə etiraz olaraq aksiyalar keçirilib, vətəndaşlarla polis qüvvələri arasında toqquşmalar olub.

Xəbərlər