333
Dünya 10 avqust — 19:36

Livanda hökumət istefa verdi

Livan hökuməti istefa verib.

Bu barədə ölkənin Səhiyyə naziri Nazirlər Kabinetinin iclasından sonra bildirib.

Beləliklə, Livan hökuməti cümə günündən kütləvi toqquşmalara çevrilən mitinqlərə çıxan yerli sakinlərin tələblərindən birini yerinə yetirəcək. Onlar, həmçinin parlamentin buraxılmasını və islahatların keçirilməsini tələb edirdilər. 

Cümə günü mitinqçilər dörd nazirliyin binasını ələ keçirmişdilər, amma ordu onları hökumət komplekslərindən çıxarmağa müvəffəq olmuşdu.

Livan DİN-dən verilən məlumata görə, iğtişaşlar nəticəsində təhlükəsizlik qüvvələrinin əməkdaşı həlak olub, 700-dən çox insan xəsarət alıb.

Virtualaz.org

Xəbərlər