123
Dünya 10 avqust — 16:04

Ukraynada koronavirusa yoluxanların sayı 82 minə yaxınlaşdı

Ukraynada son sutkada daha 1008 nəfər koronavirusa yoluxub.

Virtualaz.org bildirir ki, bu barədə Ukrayna Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ən çox yoluxma Kiyev, Odessa, Xarkov, İvano-Frankovsk və Lvov vilayətlərində qeydə alınıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 81 min 957 nəfərə çatıb. Virusdan ölənlərin ümumi sayı 1922 nəfərdir, 44 min 359 xəstə isə sağalaraq evə buraxılıb.

 

Xəbərlər