122
Dünya 10 avqust — 14:54

İranda koronavirus daha 189 nəfərin həyatına son qoydu

Son 24 saat ərzində İranda daha  2 132 nəfərin virusa yoluxduğu aşkar edilib, 189 nəfər həyatını itirib.

Virtualaz.org bildirir ki, məlumatı İranın Səhiyyə Nazirliyi yayıb.

Qeyd olunur ki, bununla da ümumilikdə yoluxanların sayı 328 min 844 nəfərə, ölənlərin sayı isə 18 min 616-ya çatıb.

İndiyədək müalicə alan 286 min 642 nəfər sağalıb.

Hazırda 3 993 pasiyentin vəziyyətinin ağır və ya orta-ağır olduğu bildirilir.

 

Xəbərlər