123
Dünya 10 avqust — 13:22

Rusiyada koronavirusdan ölənlərin sayı 15 mini ötdü

Rusiyada son sutka ərzində daha 5 118 nəfərdə koronavirus aşkarlanıb, bununla da ölkə üzrə yoluxanların ümumi sayı 892 min 654-ə çatıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bir gündə virusdan həm də 70 nəfər ölüb və Rusiyada pandemiya qurbanlarının sayı 15 min 001 nəfər olub.

İndiyədək 696 min 681 pasiyent sağalıb, 180 972 nəfərin müalicəsi isə davam edir.

Xatırladaq ki, Rusiya COVID-19 xəstələrinin sayına görə ABŞ, Braziliya və Hindistandan sonra dünyada dördüncü yerdədir.

Xəbərlər