175
Dünya 10 avqust — 12:02

Ermənistanda koronavirusdan ölənlərin sayı 800-ə çatır

Ermənistanda son sutka ərzində daha 23 nəfərdə koronavirus aşkarlanıb və yoluxanların ümumi sayı 40 min 433-ə çatıb.

Virtualaz.org bildirir ki, məlumatı Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası Milli Mərkəzi yayıb.

Qeyd olunub ki, göstərilən müddətdə həm də 5 xəstə ölüb və infeksiyadan həyatını itirənlərin sayı 796 nəfər olub.

İndiyədək 32 min 616 xəstə sağalıb. Hazırda Ermənistanda 6 793 aktiv koronavirus xəstəsi var.

Xəbərlər