173
Dünya 9 avqust — 21:16

Özbəkistanda daha 279 nəfər koronavirusa yoluxdu

Özbəkistanda koronavirusa yoluxanların sayı 30 197 nəfərə çatıb.

Virtualaz.org bildirir ki, ölkədə sutka ərzində daha 279 nəfərə koronavirusa yoluxub.

Bu günə qədər respublikada 21 316 nəfər koronavirus infeksiyasından tam sağalıb. Koronavirusdan ölüm hallarının sayı 190-a çatıb.

Respublikanın klinikalarında 8691 xəstə müalicə olunur, onlardan 974 nəfərin vəziyyəti ağır, 274-ün isə kəskin ağırdır.

Xəbərlər