291
Dünya 9 avqust — 19:10

Livanın informasiya naziri istefa verib

Livanın informasiya naziri Manal Abdel Səməd bildirib ki, Beyrutda baş verən güclü partlayışdan sonra vəzifəsindən istefa verir.

Bu barədə ölkənin MTV telekanalı bildirib.

"Mən livanlılardan üzr istəyirəm, ona görə ki, biz onların ümidlərini doğrulda bilmədik. Beyrut qəzasının dəhşətindən sonra hökumətdən istefa haqqında ərizə verirəm", - nazir bildirib.

Xəbərlər