163
Dünya 9 avqust — 17:18

İranda koronavirusdan daha 163 nəfər öldü

Son 24 saat ərzində İranda daha 2 020 nəfərin virusa yoluxduğu aşkar edilib, 163 nəfər həyatını itirib.

Virtualaz.org bildirir ki, məlumatı İranın Səhiyyə Nazirliyi yayıb.

Qeyd olunur ki, bununla da ümumilikdə yoluxanların sayı 326 min 712 nəfərə, ölənlərin sayı isə 18 min 427-yə çatıb.

İndiyədək müalicə alan 284 min 371 nəfər sağalıb.

Hazırda 4 mindən çox pasiyentin vəziyyətinin ağır və ya orta-ağır olduğu bildirilir.

Xəbərlər