165
Dünya 9 avqust — 16:01

Hindistanda “korona xəstələri”nin olduğu oteldə yanğın

Hindistanın Vicayvade şəhərində koronavirus xəstələrinin yerləşdirildiyi “Svarna palas” otelində yanğın olub.

TASS xəbər verir ki, hadisə nəticəsində 7 nəfər ölüb, 15-20 nəfər xəsarət alıb. Yaralananlar dərhal xəstəxanaya yerləşdirilib. Onlardan 3-nün vəziyyəti ağırdır.

İlkin məlumata görə, yanğına elektrik sistemində baş verən qısaqapanma səbəb olub.

Virtualaz.org xatırladır ki, Hindistanda indiyədək 2 milyon 88 min 611 nəfər virusa yoluxub. Onların 42 min 518 nəfəri ölüb,  təxminən 68 faizi isə sağalıb.

Xəbərlər