127
Dünya 9 avqust — 14:44

Rusiyada koronavirusdan ölənlərin sayı 15 minə çatır

Rusiyada son sutka ərzində daha 5 189 nəfərdə koronavirus aşkarlanıb, bununla da ölkə üzrə yoluxanların ümumi sayı 887 min 536-ya çatıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bir gündə virusdan həm də 77 nəfər ölüb və Rusiyada pandemiya qurbanlarının sayı 14 min 931 nəfər olub.

İndiyədək 693 min 422 pasiyent sağalıb.

Xatırladaq ki, Rusiya COVID-19 xəstələrinin sayına görə ABŞ, Braziliya və Hindistandan sonra dünyada dördüncü yerdədir.

Xəbərlər