176
Dünya 8 avqust — 17:46

İranda koronavirusdan daha 132 nəfər öldü

Son 24 saat ərzində İranda daha 2 125 nəfərin virusa yoluxduğu aşkar edilib, 132 nəfər həyatını itirib.

Virtualaz.org bildirir ki, məlumatı İranın Səhiyyə Nazirliyi yayıb.

Qeyd olunur ki, bununla da ümumilikdə yoluxanların sayı 324 min 692 nəfərə, ölənlərin sayı isə 18 min 264-ə çatıb.

İndiyədək müalicə alan 282 min 122 nəfər sağalıb.

Xəbərlər