167
Dünya 8 avqust — 12:14

Ermənistanda koronavirusa yoluxanların sayı 40 mini ötdü

Ermənistanda son sutka ərzində daha 200 nəfərdə koronavirus aşkarlanıb və yoluxanların ümumi sayı 40 min 185-ə çatıb.

Virtualaz.org bildirir ki, məlumatı Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası Milli Mərkəzi yayıb.

Qeyd olunub ki, göstərilən müddətdə həm də 8 xəstə ölüb və infeksiyadan həyatını itirənlərin sayı 785 nəfər olub.

İndiyədək 32 min 395 xəstə sağalıb. Hazırda Ermənistanda 6 777 aktiv koronavirus xəstəsi var.

Xəbərlər