247
Dünya 8 avqust — 10:14

“Hizbullah” lideri Beyrutdakı partlayış haqda

“Hizbullah” şiə qruplaşmasının Beyrut dəniz limanında baş vermiş partlayışla heç bir əlaqəsi yoxdur.

Virtualaz.org bildirir ki, bu barədə “Al Jazeera” kanalı “Hizbullah" lideri Həsən Nəsrullaha istinadla məlumat yayıb.

O, limanın ərazisindəki anbarda “Hizbullah”a məxsus silah-sursatın, hansısa maddənin olmadığını deyib.

Nəsrullah istintaq nəticəsində hadisədə günahkar bilinənlərin harada olmalarından asılı olmayaraq, aşkar edilib, məsuliyyətə cəlb ediləcəklərinə ümidvar olduğunu vurğulayıb.

Xatırladaq ki, avqustun 4-də Beyrut limanındakı anbarda güclü partlayış baş verdi. Partlayış nəticəsində 157 nəfər həlak olub, itkin düşmüş yüzlərlə insanın axtarışı davam etdirilir. Eyni zamanda, evsiz qalmış 300 mindən çox Beyrut sakini qonşu ölkələrin dəstəyi ilə sığınacaqlarda yerləşdirilir.

Beyrutun meri Mərvan Əbbud bəyan edib ki, limanda partlayış nəticəsində şəhərə 15 milyard dollar zərər dəyib. O əlavə edib ki, Livan paytaxtının yarısı xarabalığa çevrilib.

Hadisəyə səbəb kimi Livan gömrüyü tərəfindən müsadirə edilmiş 2,7 min tondan çox ammonium nitratın partlaması göstərilib.

Xəbərlər