502
Dünya 8 avqust — 00:33

Yakutiyada nəhəng almaz tapıldı

Rusiyanın Saxa Respublikasında (Yakutiya) “Almazı Anabara” Səhmdar Cəmiyyətinin mütəxəssisləri Rusiya tarixində ən böyük rəngli almazı çıxardıb. “

Onun doymuş sarı-qəhvəyi rəngi, 236 karat (47 qrama yaxın) çəkisi var.

Almazın ölçüləri 47х24х22 mm-dir. İlkin qiymətləndirməyə görə, qiymətli daşın yaşı 120-30 milyon il təşkil edir.

Almaz mütəxəssislər tərəfindən öyrənilməsi və qiymətləndirilməsi üçün Moskvada “Alrosa” Vahid Satış Təşkilatına daxil olub. Orada almazın ustalara verilərək kəsilib formaya salınması və ya tapıldığı formada satılması barədə qərar verəcəklər.

Virtualaz.org

Xəbərlər