125
Dünya 7 avqust — 17:29

İranda koronavirus daha 156 nəfərin həyatına son qoydu

Son 24 saat ərzində İranda daha 2 450 nəfərin virusa yoluxduğu aşkar edilib, 156 nəfər həyatını itirib.

Virtualaz.org bildirir ki, məlumatı İranın Səhiyyə Nazirliyi yayıb.

Qeyd olunur ki, bununla da ümumilikdə yoluxanların sayı 322 min 567 nəfərə, ölənlərin sayı isə 18 min 132-yə çatıb.

İndiyədək müalicə alan 279 min 724 nəfər sağalıb.

Hazırda virus daşıyıcılarından 4 136 nәfәrin vәziyyәtinin ağır olduğu bildirilir.

Xəbərlər