148
Dünya 7 avqust — 16:04

Rusiyada koronavirusdan ölənlərin sayı 14 700-ü keçdi

Rusiyada son sutka ərzində daha 5 241 nəfərdə koronavirus aşkarlanıb, bununla da ölkə üzrə yoluxanların ümumi sayı 877 min 135-ə çatıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 686 nəfər.

Bildirilir ki, bir gündə virusdan həm də 119 nəfər ölüb və Rusiyada pandemiya qurbanlarının sayı 14 min 725 nəfər olub.

İndiyədək 683 min 592 xəstə sağalıb.

Xatırladaq ki, Rusiya COVID-19 xəstələrinin sayına görə ABŞ, Braziliya və Hindistandan sonra dünyada dördüncü yerdədir.

Xəbərlər