164
Dünya 6 avqust — 15:57

Koronavirusa yoluxanların sayı 19 milyonu ötdü

Pandemiya başlayandan dünyadan koronavirusa yoluxanların sayı 19 milyonu ötüb.

Virtualaz.org bildirir ki, məlumatı “Worldometers” saytı yayıb.

Məlumata görə, yoluxanların ümumi sayı 19 006 692 nəfər olub.

Bunlardan 711 876 nəfər COVID-19-dan dünyasını dəyişib. 12 193 584 insan isə sağala bilib.

Xatırladaq ki, SARS-CoV-2 yeni tip koronavirus ötən ilin sonunda Çinin Uhan şəhərindən yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı virusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə epidemiyanı pandemiya elan edib.

Xəbərlər