183
Dünya 6 avqust — 20:11

İranda daha 174 nəfər koronavirusun qurbanı oldu

Son 24 saat ərzində İranda daha 2 634 nəfərin virusa yoluxduğu aşkar edilib, 174 nəfər həyatını itirib.

Virtualaz.org bildirir ki, məlumatı İranın Səhiyyə Nazirliyi yayıb.

Qeyd olunur ki, bununla da ümumilikdə yoluxanların sayı 320 min 117 nəfərə, ölənlərin sayı isə 17 min 976-ya çatıb.

İndiyədək müalicə alan 277 min 463 nəfər sağalıb.

Hazırda virus daşıyıcılarından 4 156 nәfәrin vәziyyәtinin ağır olduğu bildirilir.

Xəbərlər