169
Dünya 6 avqust — 14:30

Ermənistanda koronavirusdan ölənlərin sayı 770 nəfəri keçdi

Ermənistanda son sutka ərzində daha 233 nəfərdə koronavirus aşkarlanıb və yoluxanların ümumi sayı 39 min 819-a çatıb.

Virtualaz.org bildirir ki, məlumatı Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası Milli Mərkəzi yayıb.

Qeyd olunub ki, göstərilən müddətdə həm də 2 xəstə ölüb və infeksiyadan həyatını itirənlərin sayı 772 nəfər olub.

İndiyədək 31 min 556 xəstə sağalıb. Hazırda Ermənistanda 7 491 aktiv koronavirus xəstəsi var.

Xəbərlər