751
Dünya 5 avqust — 10:11

Beyrutda partlayış: ölü sayı 100-ü, yaralı sayı 4 mini ötdü

Livanın paytaxtı Beyrutdakı güclü partlayış nəticəsində ölənlərin sayı artıb.

Virtualaz.org bildirir ki, bu barədə “Sky News Arabia” telekanalı məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində ölənlərin sayı 100 nəfəri ötüb.

Partlayış zamanı xəsarət alanların sayı isə 4 mini keçib.

***00:32

Livanın paytaxtı Beyrutdakı partlayışlar zamanı ölənlərin sayı 67 nəfərə çatıb.

Bu barədə "Al Jazeera" telekanalı Səhiyyə naziri Hamad Həsənə istinadən məlumat yayıb.

Məlumata görə, partlayışlar zamanı 3,6 min insan xəsarət alıb.

***23:37

Beyrutdakı partlayışlar zamanı ölənlərin sayı 40 nəfərə çatıb.

Bu barədə "Al Jazeera" özünün "Twitter"dəki səhifəsində bildirib.

Qeyd edək ki, hadisə zamanı 2 200-dən çox insanın xəsarət aldığı bildirilir.

***23:17

Livanın paytaxtı Beyrutda baş verən güclü partlayış nəticəsində 30 nəfər ölüb.

Bu barədə "TASS" xəbər verir.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin Livan cəmiyyəti öz növbəsində bildirir ki, partlayış nəticəsində 2,2 mindən artıq insan xəsarət alıb.

Xəbərlər