622
Dünya 4 avqust — 19:26

Türkiyə 5-ci nəsil qırıcı istehsal edəcək

Türkiyə yerli qırıcıların istehsalına başlayacağı tarixi açıqlayıb.

Bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.

Bildirilir ki, Türkiyə Aerokosmik Sənayesi (TUSAŞ) tərəfindən hazırlanan 5-ci nəsil qırıcılar 2029-cu ilə qədər yerli mühərriklə uçmağı hədəfləyir.

Prosesin daha da sürətləndirilməsi üçün işlərin aparıldığı bildirilir.

Türkiyə istehsalı yerli qırıcıların Avropanın ən yaxşı döyüş təyyarələri arasında yer alacağı gözlənilir.

Xəbərlər