240
Dünya 4 avqust — 18:00

Məhkəmə Koçaryanın əmlakı üzərindən həbsi götürmədi

Ermənistanın sabiq prezidenti Robert Koçaryanın işi üzrə məhkəmə, istintaqın bu mərhələsində onun əmlakının, habelə baş nazirin keçmiş müavini Armen Qevorkyanın hesabı üzərindən həbsi götürməkdən imtina edib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, iyulun 28-də keçirilən iclasda vəkillər əmlaklar və hesab üzərindən həbsin götürülməsinə dair vəsatətlər qaldırmışdılar.

Robert Koçaryanın müdafiəçiləri həbs üçün heç bir əsas olmadığını bildiriblər. Lakin məhkəmə vəsatətləri təmin etməyib.

Xatırladaq ki, 2019-cu ildə keçmiş prezidentin vəkilləri əmlak üzərindən həbs qərarının ləğvi üçün Apellyasiya Məhkəməsinə müraciət ediblər, məhkəmə onların şikayətini təmin edib. Lakin ümumi yurisdiksiya məhkəməsinin hakimi Anna Danibekyan yuxarı məhkəmənin bu qərarına əməl etməkdən imtina edib.

Xəbərlər