317
Dünya 4 avqust — 17:18

“Yaxın Şərqə qoşun göndərilməsi ABŞ tarixinin ən böyük səhvidir”

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Yaxın Şərqə qoşun göndərməsi və regiondakı münaqişəyə müdaxilə edilməsi barədə qərarının ölkə tarixində ən böyük səhv olduğunu etiraf edib.

Virtualaz.org bildirir ki, ABŞ Prezidenti bu barədə “Axios on HBO” portalına müsahibəsində deyib.

“Biz İŞİD qruplaşması üzərində qələbə qazandıq, İran generalı Qasım Süleymanini və İŞİD lideri Əbu Bəkr Əl-Bağdadini öldürdük... Mən digər prezidentlərin etmədiyi çox işləri həll etmişəm. Ümumiyyətlə, Yaxın Şərqə girmək lazım deyildi”,- deyə D.Tramp vurğulayıb.

“Yaxın Şərqə qoşun göndərmək və oradakı münaqişəyə qarışmaq qərarı ölkə tarixində buraxılan ən böyük səhvdir. Bu, mənim nəzər nöqtəmdir”, - deyə ABŞ Prezidenti əlavə edib.

Donald Tramp bundan öncə də dəfələrlə bəyan etmişdi ki, Birləşmiş Ştatlar “sonsuz müharibə” siyasətindən vaz keçmək niyyətindədir və dünya ölkələri ilə rəqabətə deyil, tərəfdaşlıq əlaqələri qurmağa can atacaq.

Xəbərlər