158
Dünya 4 avqust — 13:50

Rusiyada koronavirusa yoluxanların sayı 860 mini ötdü

Rusiyada son sutka ərzində daha 5 159 nəfərdə koronavirus aşkarlanıb, bununla da ölkə üzrə yoluxanların ümumi sayı 861 min 423-ə çatıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 691 nəfər.

Bildirilir ki, bir gündə virusdan həm də 144 nəfər ölüb və Rusiyada pandemiya qurbanlarının sayı 14 min 351 nəfər olub.

İndiyədək 661 min 471 xəstə sağalıb.

Xatırladaq ki, Rusiya COVID-19 xəstələrinin sayına görə ABŞ, Braziliya və Hindistandan sonra dünyada dördüncü yerdədir.

Xəbərlər