3157
Dünya 3 avqust — 22:40

Rusiyalı oliqarx, prezident Cukanoviç və digərləri yaxtada eskort qızlarla yaxalandı?

Serbiya asayiş keşikçiləri varlıların olduğu "Porto Monteneqro" kurortundakı yaxtada təşkil olunan ziyafətdə xidmət edən eskort qızları saxlayıblar.

Virtualaz.org bildirir ki, bu barədə Serbiyanın "Republika" nəşri məlumat yayıb.

Məlumata görə, ziyafətin təşkilatçısı maliyyəçi Natanel Rotşild olub. "Republika" nəşrinin jurnalistləri iddia edir ki, rusiyalı milyarder Oleq Deripaska, Monteneqro prezidenti Milo Çukanoviç, nüfuzlu ingilis siyasətçi Lord Peter Mandelson və "Böyük şəhərdə seks" serialının ulduzu Sintiya Nikson da orada olub.

Jurnalistlərin fikrincə, qızlar bu cür tədbirlərdə gündə üç min avroya qədər qazanc əldə edirlər. Nəşrin yazdığı kimi, bu ziyafət iki gün davam edib.

Virtualaz.org

Xəbərlər