441
Dünya 2 avqust — 14:42

İŞİD-in “qəssabı” öldürüldü

Əfqanıstanın Nəngərhar vilayətində İŞİD-in Xorasan üzrə kəşfiyyat dəstəsinin rəisi Əsədullah Orukzey öldürülüb.

Virtualaz.org bildirir ki, bu barədə TOLO News Əfqanıstan Milli Təhlükəsizlik direktorluğuna istinadən məlumat yayıb.

Bildirilir ki, Əsədullah Orukzey avqustun 1-də axşam keçirilən xüsusi əməliyyat nəticəsində zərərsizləşdirilib. İŞİD üzvünün ölümünü təsdiqləyib.

Məlumata görə, Ə.Orukzey Əfqanıstanda törədilən qanlı terror aksiyalarının və qurum daxilindəki qəriblərə qarşı mübarizənin təşkilatçısı olub. Buna görə də "İŞİD-in qəssabı" ləqəbini alıb.

Virtualaz.org

Xəbərlər