140
Dünya 2 avqust — 14:22

Rusiyada son 24 saatda daha 5 427 yoluxma faktı

Rusiyada son sutka ərzində daha 5 427 nəfərdə koronavirus aşkarlanıb, bununla da ölkə üzrə yoluxanların ümumi sayı 850 min 870-ə çatıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bir gündə virusdan həm də 70 nəfər ölüb, onlarda 12-si paytaxt Moskvanın payına düşür. Beləliklə, Rusiyada pandemiya qurbanlarının sayı 14 min 128 nəfər olub.

İndiyədək 650 min 173 xəstə sağalıb.

Xatırladaq ki, Rusiya COVID-19 xəstələrinin sayına görə ABŞ, Braziliya və Hindistandan sonra dünyada dördüncü yerdədir.

Xəbərlər