210
Dünya 2 avqust — 10:14

Koronavirusa yoluxanların sayı 18 milyonu ötdü

Dünyada koronavirus infeksiyasına yoluxanların sayı 18 milyon nəfəri keçib.

Virtualaz.org bildirir ki, məlumatı "Worldometers" saytı yayıb.

Bildirilir ki, hazırda virusa yoluxma sayı artaraq 18 milyon 23 min 357, pandemiya qurbanlarının sayı isə 688 min 939 nəfərə çatıb.

İndiyədək 11 milyon 332 min 14 xəstə sağalıb.

Xatırladaq ki, COVID-19 virusu ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Pandemya 213 ölkədə qeydə alınıb.

***00:56

Son sutkada dünyada koronavirusa yoluxanların sayı 289,3 ötüb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatında bildirilib.

Qeyd edilir ki, dünyada koronavirus xəstələrinin sayı 17,3 milyon nəfəri ötüb. Bununla yanaşı, 675 mindən çox insan pandemiyanın qurbanı olub.

Təşkilatın məlumatına görə, dünyada COVID-19-a yoluxanların sayı 17 396 943-ə çatıb, koronavirusdan 675 060 pasiyent ölüb.

Son bir gün ərzində dünyada 289 321 yeni yoluxma və 6 142 ölüm qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də COVID-19-u pandemiya elan edib.

Xəbərlər