502
Dünya 1 avqust — 16:30

Putin koronavirus xəstələrini ziyarət etdi

Koronavirus epidemiyası zamanı Kommunarkada 40 saylı xəstəxanaya baş çəkən Rusiya Prezidenti Vladimir Putini həkimlər və tibb işçiləri tanımayıblar.

Bu barədə “Rossiyskaya qazeta”ya müsahibəsində klinikanın baş həkimi Denis Protsenko məlumat verib.

Dövlət başçısı klinikada sarı qoruyucu kostyumda hərəkət edib.

“Həkimlər, tibb bacıları reanimasiya şöbəsində və qəbul bölməsində gördükləri sarı qoruyucu kostyumda olan adamın kimliyini yalnız axşam televiziya xəbərlərindən öyrəniblər”, - deyə Protsenko etiraf edib.

Ziyarət mart ayında, Rusiyada COVID-19 epidemiyası yayılmağa başlayanda baş verib. Həmin vaxt Prezident baş həkimlə danışmış, pasiyentləri ziyarət etmişdi.

Bir neçə ay sonra - iyun ayının axırında Putin “qırmızı zona”ya etdiyi səfərin məqsədini açıqlamışdı: “Hesabatlardan öyrənmək başqa, özün gəlib hər şeyə yerində baxmaq başqa. Mən prinsipcə nə baş verməsindən asılı olmayaraq, hər zaman bu cür hərəkət etmişəm”.

Yeri gəlmişkən, onun sözlərinə görə, hamı bu qərarın əleyhinə imiş…

Xəbərlər