145
Dünya 1 avqust — 12:54

Rusiyada koronavirusdan ölənlərin sayı 14 mini ötdü

Rusiyada son sutka ərzində daha 5 462 nəfərdə koronavirus aşkarlanıb, bununla da ölkə üzrə yoluxanların ümumi sayı 845 min 443- çatıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb - 690 nəfər.

Məlumatda deyilir ki, bir gündə virusdan həm də 95 nəfər ölüb. Beləliklə, Rusiyada pandemiya qurbanlarının sayı 14 min 058 nəfər olub.

İndiyədək 646 min 524 xəstə sağalıb.

Xatırladaq ki, Rusiya COVID-19 xəstələrinin sayına görə ABŞ, Braziliya və Hindistandan sonra dünyada dördüncü yeri tutur.

Xəbərlər