151
Dünya 1 avqust — 11:42

Ermənistanda koronavirusa yoluxanların sayı 39 minə çatır

Ermənistanda son sutka ərzində daha 291 nəfərdə koronavirus aşkarlanıb və yoluxanların ümumi sayı 38 min 841-ə çatıb.

Virtualaz.org bildirir ki, məlumatı Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası Milli Mərkəzi yayıb.

Qeyd olunub ki, göstərilən müddətdə həm də 11 xəstə ölüb və infeksiyadan həyatını itirənlərin sayı 749 nəfər olub.

İndiyədək 29 min 557 xəstə sağalıb. Hazırda Ermənistanda 8 307 aktiv koronavirus xəstəsi var.

Xəbərlər