161
Dünya 16 iyul — 17:21

Rusiyada koronavirusa yoluxanların sayı 750 mini ötdü

Rusiyada son sutka ərzində daha 6428 nəfərdə koronavirus aşkarlanıb, bununla da ölkə üzrə yoluxanların ümumi sayı 752 min 797-yə çatıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bir gündə virusdan həm də 167 nəfər ölüb.

Beləliklə, Rusiyada pandemiya qurbanlarının sayı 11 min 937 nəfər olub.

İndiyədək 531 min 692 xəstə sağalıb.

Xəbərlər