219
Dünya 16 iyul — 18:10

İranda daha 198 nəfər pandemiyanın qurbanı oldu

Son 24 saat ərzində İranda daha 2 500 nəfərin virusa yoluxduğu aşkar edilib, 198 nəfər həyatını itirib.

Virtualaz.org bildirir ki, məlumatı İranın Səhiyyə Nazirliyi yayıb.

Bildirilir ki, bununla da ümumilikdə yoluxanların sayı 267 min 061 nəfərə, ölənlərin sayı isə 13 608-ə çatıb.

Xüsusi xəstəxanalarda müalicə alaraq sağalan 230 min 608 nəfər evə buraxılıb. Müalicəsi davam edən 3 471 xəstənin vəziyyəti ağır olaraq qalır.

Xəbərlər